Воскресенье, 19.05.2024, 18:47
Приветствую Вас Гость | RSS

OrdaN-BurdaN

Мини-чат

Наш опрос

Как вам наш новый дизайн?
Всего ответов: 32

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Главная » 2009 » Июнь » 23 » SMS
14:31
SMS
Müxtəlif mövzuda smslər
 

Məzəli mesajlar


1.Bütün gözəllik, zəka, ağıl, bir insanda cəmləşib, nəysə özümdən çox bəhs etdim səndən nə xəbər ?

2.Bir gün meymun öz balasıyla oturub söhbət edir. Bala meymun anasından soruşur ana biz niyə bu gündəyik? Anası balasına deyir bala biz hələm yaxşıyıq gör bu mesajı oxuyan nə gündədi.

3.İndi hər 100 nəfərdən 35-i yatır, 10-nu yemək yeyir, 25-i çalışır, 10-nu maşın sürür, 4-ü dərs edir və bir ağılsızda əlində telefon sms oxuyur.

4.Bu mesaj xüsusi bir frekansla göndərilmişdir. Ağıllılarda yaddaş zəifliyi, axmaqlarda qısa müddətli korluq, öküzlərdə bir anlıq gülümsəmə oyadır.

5.Hal-hazırda xətlərin yorğunluğu səbəbindən mesaj tam olaraq gəlməmişdir və mesaj yüklənməkdədir. Bu vəziyyət *bir neçə dəqiqə sürə bilər. Xahiş edirik gözləyin.

6.Ayda 200 milyon qazanmaq istəyərsinizsə aya gedin.

7.Bütün ümidlərim suya düşdü, amma boğulmadılar. Çünki onlara üzməyi öyrətmişdim.

8.Sevgilim səni çox sevirəm! Amma pulu daha çox, lakin pulun nə dəyəri var, mühüm olan miqdarıdır.

9.Bir daha qumar oynamayacağıma mərcə girirəm.

10.Səhər yemək yeyə bilmirəm, çünki səni düşünürəm, günorta yemək yeyə bilmirəm, çünki səni düşünürəm, axşam yemək yeyə bilmirəm, çünki səni düşünürəm. Gecə yata bilmirəm, çünki acam.

11.Kim deyib ki qırmızı işıqda yolu keçməzlər, rəhmətli keçərdi.

12.Eşq axmaqların üzdüyü bir hovuzdur, amma məni itələdilər.

13.Bilməmək ayıb deyil, yetərki hiss etdirməyəsən.

14.Mədəsi daşdan yumşaq olan hər bir şeyi həzm edən ziyalı qrupuna TƏLƏBƏ deyilir.Uşağın itirməsin deyə bərk-bərk sarıldığı bülbül balasının bir az sonra öldüyünü bilən uşağın göz yaşlarını anlasan səni itirən məni anlayarsan.

Ayrılıq mesajları


1.Artıq daha yaxşı anlayıram ki, nəfəs almaq deyilmiş yaşamaq. Atəşlərdə yanmaq kimi bir şey, səni sevərkən sənsiz olmaq.

2.Nədən bu qədər çətin səni sevmək və tapmamaq. Toxunmaq istədikcə uzaqlaşmaq, düşündükcə unutmaq, səni sevdiyim halda söyləyə bilməmək, hər bir şeyi gizlətmək, sənə sahib olacağım yerdə səni itirmək.

3.Sanmışdım yeni bir eşqə başlayıram çox yanılmışam. Bu eşqin sonu da ayrılıq olacaq və yaşadıqlarım geridə qalacaq. Geriyə acı və gözəl xatirələr qalsa belə, onları xatırlamaq ayrılıq qədər acı olmayacaq.

4.Get artıq yoxluğuna inandır məni. Yoruldum hər tapdığım yerdə səni itirməkdən.

5.Səni mən deyil gözlərim seçdi, onlar sevdi onlar bəyəndi. Sən mənim deyil onlarınsan. Gedərsənsə mənə nə onlar ağlasın.

6.O gün bu günümü bilsəydim, bu gün o günü yaşamaq istəməzdim.

7.Ayrılıq belə ağlayardı, ayrılığı yaşasaydı. Utanardı etdiyindən fələk əgər bu eşqi tanısaydı.

8.Həyatımız boyunca ayrılmayacağımızı bir-birimizə söz verib əhd etmişdik. Amma nə oldu bir qış günü, ulduzların baxışlarında ayrılmağımızı söylədik.

9.Hər son bir başlanğıcdır.

10.Artıq gedirəm, həyatındakı son yerimi alaraq. Bəlkə bir daha görüşmədik. Səndən son bir arzum olacaq. Gözlərinin güldüyü an, sevgilim dediyin zaman dilindən həyatım sözü çıxacağı zaman xatırla məni.

11.Çox sevdiyin biri gəlib ayrılmaq istədiyini söyləyərsə ağlama, çünki susduğunu görmək daha çox acı çəkdiyinin isbatıdır.

12.Ayrıldıqdan sonra dost olaq dedilər. Gülün adını dəyişdirsək başqa cür qoxuyarmı ?

13.Gül dedi bülbül gülə, gül gülmədi getdi. Gül bülbülə, bülbül gülə yar olmadı getdi.

14.Ayrılığı sən istədin məsum gözlərlə baxma mənə. Artıq bu qəlb kölən deyil. Yolun açıq olsun gülə-gülə.

15.Bir-birindən ulduzlar qədər uzaqda yaşayanlar var ikən, sevgilim ayrı olsaq da biz səninlə iki nar dənəsi kimi iç-içə, yan-yana, can-cana, qan-qanayıq.

16.Sənə məni sevmi dedim, mənim üçün ölmü dedim. Dizlərinə qapananda qəlbimə girmi dedim. Sən istədin, sən istədin ayrılmağı. Məni eşqə kölə edib gəncliyimdən nə istədin.

17.Səni tanımadan öncə yalnızlığı, səni tanıdıqdan sonra varlığımı, səni sevdikdən sonra yaşadığımı, səni itirdikdən sonra puç olduğumu anladım.

18.İstərdim bitməsin ümidlərimiz. İstərdim bitməsin duyğularımız. Nə çıxar sel olsa göz yaşlarımız. Hər şey bitdi artıq bil bundan sonra.

19.İçimdəki qığılcım atəşlərini söndürməzdən öncə ardınca gələn acı ayrılıqların qoxusu var idi bədənimdə. Yağan yağmurların islatdığı küçələrdə yaşanmamış sevgilərin çığırtısı var idi içimdə və sən arxana baxmadan çıxıb gedərkən məni bir deyil min dəfə öldürdün. Yenə sən yaşanacaq eşqlərin, anların, sevgilərin ən böyük qatili oldun, mən isə sənin qurbanın.

20.Biz ayrıldıq amma bunu unutma. Yaşadığın şəhərdə məni sənə xatırladacaq çox şey var. Baxdığın hər yer, gördüyün hər nöqtə və ayaq basdığın hər torpaqda məndən izlər var. Məni unutmayacağının səbəbi də bu. Çünki bu şəhərin hər guşəsində bizim anlarımız yaşayır.

21.Həyatın tək yaşanmayacağını səndə mənim qədər yaxşı bilirsən. O zaman söylə mənə nədən bu ayrılıq.

22.Nə unudacaq qədər nifrət etdin nədə xatırlayacaq qədər sevdin. Sənə mənsizliyi buraxıb səni içimdən tərk edirəm birtanəm.

23.Məndən sənə söylənməsi çətin yazılması asan olan bir sözcük əlvida!

24.Keçən gün köhnə bir dostumu gördüm. Səndən söhbət etdi mənə. Nişanlanıb bundan xəbərin varmı ? dedi mənə. Doldu gözlərim, dayana bilmədim soruşdum nişanlısı kim? "Dostum" başını əyərək söylədi mən.

25.Əgər dünya əbədi olsaydı sənə getmə qal deyərdim, amma dünya fani olduğundan sənə sevincli anlar arzulayıram.

26.Sən getdin. Sən gedəndən ölü kimiyəm. Bumu idi əhdin, bumu idi sevgin!

27.Onu bu qədər sevincli görüncə getmə qal deyə bilmədim.

28.Ürəyimdəki nifrəti söndürməyə yetmədi ayrılıq küləkləri. Gəl gör nə çox sevmişəm səni.

29.Bir gün o heç vaz keçə bilmədiyin qürurundan vaz keçib mənə dönmək istəsən, bunu əsla etmə çünki səninkinin bitdiyi yerdə mənimki başlayacaqdır.

30.Uğrunda yanan bir qəlbi sən rədd etdin. İndi isə onun peşindəsən amma onu çoxdan itirdin!

31.Olmayan səndən çoxdan vaz keçdim. Dilim susdu ürəyimdə ahların qaldı. Aramızda ödənəcək tək bir hesab qaldı. Mən bağışlasam səni Allaha nə deyəcəksən. Ürəyimə bir ah borcun var əlbət bir gün ödəyəcəksən.

32.Bir axşam gün batarkən ayrılığımızı sən istəmişdin. İndi isə barışaq deyirsən. Unutma hər doğan günəş bir gün batacaq.

33.Səni tanıdığım gün eşqi tanıdım. Məni tərk etdiyin gün acı nədir deyə anladım.

34.İndi get deyirsən, gedərəm sevgili. Amma arxamdan ağlayacaqsan. Bilmədin bir gün olsun belə dəyərimi, getdikdən sonra anlayacaqsan.

35.Bəlalım son dəfə gəldim qarşına. Sıxıldım bu ayrılıqların əzabından. Sən də nə söyləyəcəksənsə söylə. Bitəcəksə indi bitsin gözlətmə. Sənə söyləyəcək tək bir sözüm yox. Diləyim budur, səndə mənim qədər sevərsən bir gün, yalançı gözlərə vurularsa gözlərin, yarpaq kimi sovrularsa acılara ürəyin, bəlkə bir az anlayarsan çəkdiyimi tərk edərsə səbəbsiz səni sevdiyin.

36.Sənsiz keçən zaman mənə zəhər oldu, sənin yoxluğun mənim sonum oldu. Günəş doğmaz, günlər keçməz oldu, anladım ki, bu yaşantım sənsiz keçməz oldu.

37.Səni bir sevəni sən iki sev. Səni bir tərk edəni sən beş tərk et.

38.Ona söylə... Onu gerçəkdən sevmədim. Ona söylə... Onu bir daha görmək istəmirəm. Ona söylə... Onsuz da hər şey gözəl. Ona söylə... Onu çoxdan unutdum. Amma ona bunları göz yaşları içində söylədiyimi söyləmə!

39.Sən getdiyindən bəri sənsiz keçən günlər seni heç keçirmir.

40.Ölmək unudulmaq deyil , unudulmaq ölməkdir!

41.Yoxluğunda unudulduğunu sandığın hər dəqiqəm səni düşünməklə keçdi. Nə qədər istəsəm də axtarmadım, istəmədiyini düşünərək. Sanki anlamsız olan hər şey məni tapdı sənsiz. Mənim üçün sevincin anlamı sənsən. Sənsiz sevinc sənsiz hüzrüm olmaz inan. Dön və mənə həyat ver. Mən bitmədən məni tap. Gözəlim heç bir şey üçün nə olursa olsun ayrılığa məcbur deyilik. Əsla unudulmadın.

42.Tanrım məni payızın elə bir günündə öldür ki, sevgilim qəbrimin üstünə gətirməyə gül tapmasın.

43.Buruq həsrət dolu gecələri öldürəcəyəm bir gün, bu ayrılıq mahnılarını gülləyə düzəcəyəm, səni məndən ayırdığı üçün taleyimi məhkəməyə verəcəyəm

44.Bir köhnə dost kimi xatırla məni. Bir salam ver yetər. Unutmuş olsan da köhnə günləri adımı ara-sıra çək bu an mənə yetər.

45.An gəlir insan gülərkən ağlarmış. Göz yaşları sel olub qəlbinə axarmı.Qəhqəhə deyilən bir maska var bilirsən? İnsan sevdiyindən ayrılarkən o maskanı taxarmış.

46.Adını qəlbimə sevgi ilə yazmışdım, fikir vermə bir gün silərəm, gözəl bir yuxunu gerçək sanmışdım, səni sevdiyim üçün üzr istəyirəm.

47.Sənə getmə deyə bilmədim; Gözlərim gözlərində qaldı; Susuz açarmı heç çiçək; Su səndə, çiçək məndə qaldı.

48.Sən heç həsrəti daddınmı sevərkən, heç ağladınmı gülərkən, sən heç sevdinmi sevilməzkən və heç ayrılmaq istədinmi canından çox sevərkən.

49.Nədir bu adsız duyğular, sevgilim otağımda yağmur qoxusu var, qovuşmaq üçün tək bir söz belə yox, ayrılıq üçün bütün mahnılar var.

50.Bir gün sevgilim soruşdu "Sevgi" nədir deyə. Bir az zaman istədim düşünüm deyə. Ertəsi gün gördüm onu bir başqası ilə. Qulağına pıçıldadım "sevgi" səndən ayrılıqdır deyə.

51.Sevməmişdim heç kimi səni sevdiyim qədər, çəkmədim heç kimdən səndən çəkdiyim qədər.

52.Həyatda ən acı şey "salam" deyib birləşən əllərin "Əlvida" deyərək ayrılmasıdır.

53.Təbiəti belə ayrılıq üzərində qurmamışmı ki, Yaradan. Yarpaq ayrılır budağından, damcılar buludlardan. Səni sevirəm deyərkən ayrılır sözlər dodaqlardan.

54.Deyirsən biz ayrılmalıyıq biz nə zaman birləşmişdik ki.

55.Fikrindən gecələr yata bilmirəm, bu fikri başımdan ata bilmirəm, nə edim ki sənə çata bilmirəm ayrılıq ayrılıq ayrılıq.

56.Başqalarına özündən daha çox dəyər vermə. Versən ya onu itirərsən ya da özünü məhv edərsən.

57.Məni üzür bu ayrılıq. Verdiyin acılarla həsrəti tanıdım. Görmədim bir gün səndən yaxınlıq. Gedirsən, artıq dönməsən də olar.

58.Kaş ki tənhalığım qədər yanımda olsaydın, kaş ki tənhalığımla paylaşdığımı səninlə paylaşsaydım, kaş ki sənin adın tənhalıq olsaydı və mən daima tənha qalsaydım.

59.Həyatımda qalanlarla gedənləri bir-birinə qatdım. Qalanlar bir gün olsa belə yerini verə bilmədilər. Qalanlarımla gedənləri qatdım yenə tək bir səni əvəz edə bilmədilər. Çox çətin gəldi ayrılıq amma yenə ayrılığa dözə bilmədim.

60.Gedərsənsə kim sular bağçaları, quşlar hara sığınar axşam olunca. Gedərsən qar yağar ovuclarıma, gedərsən quşlar ölər məndə.

61.Gedişinlə məni boş bir sədaya buraxdın. İndidən sayıram sənsizlik günlərimi və gələcəyin gününü səbirsizliklə gözləyirəm. O günün sevgisi ilə yaşadıram parçacıq qəlbimi.

62.Sanma bir gün bezib buraxaram, ölsəm belə sözümdən dönmərəm, araya bitməyən həsrət, girsə də, ayrılıq acısı candan etsə də, səndən başqasını sevməyəcəm.

63.Getmə gülüm gərəyim var, axı mənim də ürəyim var.

64.Gedənlər yoxluqları ilə deyil, gedərkən söyləmədikləri sözlər ucbatından hüzn verirlər.

65.Həyat gözəldir acıları olsa da, güllər gözəldir tikanları olsa da, sevgidə gözəldir sevib daha sonra ayrılıq olmasa.

66.Əgər məni sevsəydin yanımda olardın uzaqlarda deyil, əgər gerçəkdən sevsəydin yalnız buraxıb getməzdin, yanımda olardın UZAqLARDA DEyiL.

67.Gedirəm deyirsən yaxşı niyə ağlayırsan? Getmək asandır gözəlim, qalıb sevmək çətin. Biz bu sevginin üzərində and içdik. Biz bir-birimizi bağışlasaqda, gözəlim Allah bağışlayacaqmı bizi?

68.Qorxduğum sevmək deyil, sevib ayrılmaqdır. Qorxum ölmək deyil, sənin tərəfindən unudulmaqdır.

69.Sən məni anlamadın amma sənin mənə nə anlatmaq istədiyini mən anladım.

70.Əlvida deyərkən geriyə dönməyəcəksənmi bu haqda düşün.

71.Bu gün sənin üçün başqasını tərk edən sabah başqası üçün səni tərk edər.

72.Getdin. İndi bir mövsüm gəldi bir həyat girdi aramıza, artıq nə sən dönə bilərsən geriyə nə də mən sənə qapı aça bilərəm.

73.Get birdə adın çəkilməsin, get bir daha gözlərim dolmasın, get sevgilim deyə biri olmasın, get göz yaşlarım tək mənə qalsın.

74.Sevgi adlı dünyamın tək gözəli sənsən. Mən səni sənə qovuşmaq üçün sevdim, sevib ayrılmaq üçün deyil.

75.Yalnızlığıma çarədir sevgin. Səni hər şeydən çox sevdim. Xəyallarımı səninlə birgə bəslədim yenə də buraxıb getdin. Sevgi dolu qəlbimi viran etdin.

76.Qəlbimə hüzn söyləmədim. Getdiyini öyrənərsə onun da acı çəkməsindən qorxuram. Səni hələdə mənimlə bilir və sevir amma mən ilk dəfə qəlbimə yalan söyləyirəm. Getdin.

77.Mənim hisslərimlə oynadın. Məni necə tərk etdin. Bu eşq deyildi, saxta sevgi idi. Bir gün mənə dönüncə məni başqası ilə görüncə ağlama.Xatırla o keçən günlərimizi. Səni nə çox sevdiyimi. O zaman sevmirdin məni, çünki başqasını sevirdin. İndi nəyə görə mənə yalvarıb qarşımda diz çökürsən. İndi isə sənə verə biləcəyim bir sevgim yoxdur çünki sənə nifrət edirəm.

Nifrət mesajları


1.Nifrət edirəm sənin o yalançı gözlərinə, o şeytan ruhlu gözlərinə nifrət edirəm. Məgər o gözlərin deyilmiydi ki, məni bu günə salan, məni yandırıb yaxan! O deyilmi sənə nifrət etdirən.

2.Kaş ki sevməyəydim sənin o yalançı gözlərini. Kaş ki toxunmayaydım o incə əllərinə. Kaşki aldanmayaydım sənin o yalançı sözlərinə. Yazıqlar olsun mənim bu halıma.

3.Bu gecə yenə gizlicə yuxuma girərək məni bərk qucaqla, öp, yaxşıca iynə, son dəfə üsyan et və sonra çıx get lənətlənmiş həyatımdan.

4.Mən ki sənin üçün dünyaları yandıracaqdım, sən isə məni yandırdın! Nifrətimsən mənim.

5.Üzümə nifrətini bildirmək, əsil niyyətini qəlbində gizlədərək üzümə gülməyindən daha yaxşı əməldir.

6.İnsanlar, qorxduqları, qibtə və həsəd apardıqları şeylərə nifrət edərlər.

7.Bir gün məni adam yerinə qoyarsansa ilk öncə gülümsək gülüşlərinlə an adımı. Məni sevən yalnız bir uşaqdır. Bir gün səni nə çox sevdiyimi öyrənməmiş sevib sevilməməyin acısını yaşama.

8.Çıxartsaq səni satışa sənə bir qəpik verən olsa ona lənət olsun!

9.O gözəl saçların bir-bir tökülsün, o gün olsun sənin boynun quruyaraq bükülsün. Məzarın ilan əqrəblə bol olduğu yerdə qazılsın. Allah səni yandırsın məni yandırıb yaxdığın üçün.

10.Lənət olsun sənə, lənət olsun o gözəlliyinə, lənət olsun mənə, lənət olsun mənim yazıq qəlbimə lənət olsun.

11.Sən indi xarabalıqlarda olan qara bir quşsan. Elə isə qal öz xarabalığında!

12.Duaların qəbul olmasın. Gözündən yaş əksik olmasın. Cənnətdən qovulan tək qul olasan məni yandırıb yaxdığın üçün.

13.Allah sənə elə bir cəza versin ki, mənim səni sevdiyim qədər, sən də bir başqasını sev və bir başqası mənim səni sevdiyim qədər sənə nifrət etsin!Etdiyim bir xətadır, ağlım bunu mənə anladır, üzr arxasında saxlanmaq istəmirəm amma səndən tək diləyim; bir bağışlanmağımdır :(

Üzr mesajları


1.Sənə olan məcburiyyətimi necə ifadə edəcəyimi bilmirəm, gerçəkdən çox üzr istəyirəm.

2.Gördüyüm bütün xətalara və səhvlərimə rağbən məni bağışlaya bilməyin böyük incəlikdir. Təkrarən üzr istəyirəm.

3.Sən mənim həyatımda olduğun anlarda, nə sən kimsəyə rəqib, nə də kimsə sənə rəqibdir. Çünki sən mənim üçün daima bircəcik idin. Məni bağışla.

4.Mən xətalarım üçün sənə etdiklərim üçün heç bağışlamadım özümü. İnan mənə hələdə içimdə sənə etdiklərimi düşündükcə ağlayıram bağışlamıram özümü. Məni bağışla.

5.Mənim üçün çox anlamlısan o qədər ki, sənin məndəki yerin bu sətirləri yazmağıma səbəb. Qəbul edilməyəcək bir şeydi bəlkə etdiyim. Amma sən də bilirsən ki, hər insan xəta edər. Səndən məni bağışlamanı diləyirəm. Qəlbindəki yerimi itirmişəmsə, məni bağışlamanı gözləmirəm. Amma təkrar düşün məni bağışlamasan mən için-için ağlaya bilərəm.

6.Hmm... Necəsən söyləsəm? Söz tapa bilmirəm :( Çox çətindir bilirəm. Söyləməliydim artıq. Hmm... Məni dinlə. Mən çox üzgünəm olanlara. Yəni üzr istəyirəm.

7.Üzr istəyirəm səni axtarmadığım üçün. Üzr istəyirəm sənsiz getmək məcburiyyətində qaldığım üçün. Üzr istəyirəm səni orda gözlətdiyim üçün. Etdiyim hər yanlışlıq üçün üzr istəyirəm.

8.Sözlərindən görünür, qırmışam qəlbini bilmədən. Bir öpücük versəm, sarılsam, üzr diləsəm bağışlayarmısan məni?

9.Səndən üzr istəmək üçün mənə bir fürsət daha verməni istəsəm nə deyərsən? Görüşmək və danışmaq istəyimi söyləsəm mənə bu şansı verərsən?

10.Üzr diləməyin bir asilik olduğunu bilirsən və bu gün görüşə gəlmədiyim üçün üzr istəyirəm səndən. İnan mənə əlimdə olan işlərdən dolayı gələ bilmədim və səni də axtarmadım. Üzgünəm canım. Bir daha təkrarlanmayacağına söz verirəm!

11.Mən bu üzr işlərində heç bir zaman yaxşı olmadım ancaq səni o qədər sevirəm ki, onun üçün, üzr istəyərəm canım!

12.Günlərdir üzrümü qəbul etməyin üçün mesaj yollayıram. Artıq bağışla məni. Təkrarən yazıram üzr istəyirəm bütün olanlar üçün. Gerçəkdən çox üzgünəm :(

13.Sadəcə üzr istəmək istəmişdim. Bunu edə bilmədim nahaqcasına qüruruma yenildim amma səssizcə keçib getməyinə də dayana bilmədim. Məni bağışla olarmı? Çox üzgünəm!

14.Bu sms ilə bir də öpücük yollayıram sənə üzrlərimi qəbul edib, məni bağışlamağın üçün. O qədər mənim üçün dəyərlisən ki, sənsiz bir həyat düşünə bilmirəm.

15.Bilirsən bağışlamaq kimi bir başqa böyüklük yoxdur. Mən də bir xəta etdim və bağışlamağına sığınıram. Xahiş edirəm bağışla məni.

16.Olanlar üçün çox amma çox üzr diləyirəm. Gerçəkdən o cür demək istəməmişdim ki mən. Nə olar bağışla.

17.Hətta mən özümdə bilirəm etdiyim bağışlanacaq bir şey deyil! Amma yenə də xahiş edirəm səndən məni bağışla.

18.Gördüyüm bu səhvimdən sonra sənin üzünə baxacaq halım qalmadı. Xahiş edirəm bu mesajla birlikdə gələn sevgimi qəbul et və məni bağışla.

19.Bilirəm üzr diləmək üçün çox gec gəldim amma yenə də son dəfə şansımı yoxlamaq istəyirəm: Üzr istəyirəm!

20.Ağ bir göyərçin yollayıram sənə bu mesajla birlikdə. Bu bir barış mesajı! Bütün olub keçənləri yox etsin və sənə üzrlərimi qəbul etdirsin. Bu mesaj sənə nə söyləyir? Dinlə, deyir ki: "İncitdim səni amma inan çox üzgünəm. Bu gün üçün üzr diləyirəm. İstədiyim tək bir şey məni bağışlamağın və yenə öncəki kimi olmamızdır. Səni sevirəm"

21.Dostluq gözəl qurulur amma davam etdirmək çətindir. Bu gün incitdim səni. Amma inan istəmədən oldu. Bu etdiyimə görə səndən çox çox üzr istəyirəm.

22.Zaman gözləmir ömür gün axır. Soyuqluğun məni yandırıb yaxır. Gözüm gözlərinə baxıb yalvarır. Neyləyim küsülü qala bilmirəm. Təkrarən yazıram üzr istəyirəm bütün olanlar üçün. Gerçəkdən çox üzgünəm.

23.Bir qarışqanı belə incitmədim. Səni də incitmək istəmədim. İnan ki, istəmədən oldu. Çoooox amma lap çoooox üzr istəyirəm səndən

24.Mən xətalarım üçün sənə etdiklərim üçün heç bağışlamadım özümü. Sözüm içimdə ağlayıram düşündükcə bağışlamadım özümü. Qəlbim sənə xəyanətimin əvəzini sənsiz yaşamaqla ödəyəcəyəm. Səni daima sevəcəyəm bağışla məni.

25.Bu mesajım ürəyimin ən dərin yerindən gəlir. Dediklərim yalandır deyə düşünmə sevgilim. Üzrlərimi qəbul et:))

Sevgi mesajları


1.Bir can düşün bədənsiz, bir bədən düşün qəlbsiz, bir ürək düşün sevgisiz, bir də məni düşün sənsiz.

2.Öncə məni sevdiyini söyləyən, yalanını etiraf edən, aldadıb gedən sənsən. Göz yaşımı bitirən, qəlbimi yox edən, sənə aşiqəm deyən sənsən.Qalmadı sevgim sənə, yox oldu xəyallarım.

3.Nə atəş nə günəş, məni sən yandırdın, nə qürbət nə həsrət, məni sən vurdun, həm qışım həm yazım baharım oldun bilsə necə sevdiyimi, mələklər ağlar...

4.Ulduzların yox olmasını izlərkən hər sabah bir gunaydın eşitməkdi, əslində istədiyim indi sənə deyə bilmədiyimi yazıram sevgilim: günaydın dünyanın ən gözəl gerçəyi...

5.Oyanınca oyandığına peşman edən, geri dönmək istəyib də dönə bilməyincə çarəsizlikdən dəli edən.Həyatda sadəcə bir kərə görülə bilən unudulmaz bir yuxusan sən.

6.Yoxluğuna dayandım.Sənsiz də sabah oldu. Sənsiz də mövsümlər dəyişdi.Amma dodaqlarımla gülsəm də, gözlərimlə gülməyi unutdum sayəndə...

7.Doğru söyləyəni 9 yerdən qovarlar, mən onuncudan səslənirəm...Səni sevirəm həyatım!

8.Bir gün cəhənnəmdə görüşə bilərik.Sən qəlb oğrusu olduğun üçün, mən isə Allahı buraxıb səni tapdığım üçün...

9.Səni nə zaman unudacağımı soruşursan, amma nə zaman öləcəyimi bilmirəm ki!!!

10.Həyatta iki kor tanıdım: biri məni görməyən sən, digəri səndən başqasını görməyən mən.
Просмотров: 1336 | Добавил: Niko | Рейтинг: 4.0/1
Всего комментариев: 4
3 Narka  
0
Yanasan Nicat tongue

4 Niko  
0

2 Niko  
0
heee))) happy

1 Narka  
0
Halaldi ewqe duwubsen bala,bu ne mesajlardi?:-))

Имя *:
Email *:
Код *:

Форма входа

Поиск

Календарь

«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Время жизни сайта