Воскресенье, 19.05.2024, 17:21
Приветствую Вас Гость | RSS

OrdaN-BurdaN

Мини-чат

Наш опрос

Как вам наш новый дизайн?
Всего ответов: 32

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Главная » 2009 » Сентябрь » 24 » Titanic Belə Tapıldı...
01:45
Titanic Belə Tapıldı...
Titanic Belə Tapıldı...

Batan Titanik`i ilk olaraq dəniz alimi Robert Ballard 1985`də kəşf etdi.
Ballard və qrupu 3 min 657 metr dərində yatan Titanic`in ilk fotoşəkillərini çəkməyi bacardılar.
Ardinda +14 şəkil
 
 
1912-ci ildə aysberqə çarparaq batan Titanici tapmaq üçün uzun illər araşdırmalar aparıldı.
  
 
Batan Titanik`i ilk olaraq dəniz alimi Robert Ballard 1985`də kəşf etdi.
 
 
Ballard və qrupu 3 min 657 metr dərində yatan Titanic`in ilk fotoşəkillərini çəkməyi bacardılar.
 
 
Gəminin dərinlikdə və hər bir kvadrat santimetrdə böyük bir təzyiq altında tapılması, xərci 25 milyon dollara çatan və dəniz səviyyəsindən Titanik`in basdırılmış olduğu yerə qədər 2.5 saatda çata bilən xüsusi araşdırma dəniz altı gəmilərinin tikilməsinə gətirib çıxardı. Bu dənizaltı gəmiləri isə yalnız 3 adam daşıya bilir.
 
 
Titanik`in dənizdən çıxardılmasıyla əlaqədar proyektlər 1987-ci ildə başladı və texnologiyanın inkişafıyla günümüzə qədər müxtəlif vasitə və vəsaitlərlə davam etdirilməyə davam edir.
 
 
Səyahətin hələ başında, Southampton limanını tərk edərkən Titanic bir təhlükə sovuşdurmuş və New York gəmisiylə vuruşmaqdan son anda xilas olmuşdu.
 
Vəzifəsini Kapitan Smith`dən götürən İkinci Kapitan Murdoch, bir çoxlarına görə səhvli bir qərar verərək gəmini çevirdi və aysberq Titanic`ə daha möhkəm olduğu deyilən burnu yerinə, yandan çarpmış və daha çox ziyan almışdı.
 
 
Titanic tikilərkən 16 su keçirməz bölməylə qorunmuş və bu bölmələrdən 4ü suyla dolsa belə batmayacaq şəkildə hazırlanmışdı. Ancaq aysberqin çarpmasıyla tam 6 bölmə ziyan görmüş və gəmi sürətlə suyla dolmağa başlamışdı.
 
Yalnız dəqiqələr içərisində gəminin içərisindəki su 2.5 metr yüksəkliyə çatmışdı. 12.27-də 65 adam tutumu olan ilk qurtarma botu yalnız 28 adamla suya endirildi. Titanic`də cəmi 1.178 adamı daşıma tutumunda 20 qurtarma botu var idi.
 
 
Telsiz operatorları davamlı kömək çağırışları göndərirdilər, ancaq Titanic`ə ən yaxın gəmi olan Carpathianın dağıntıya çatması 4 saat davam edəcəkdi. Körpüdən, başqa bir gəminin işıqları görülsə də, bu əsrarəngiz gəmi Titanic`lə heç bir şəkildə ünsiyyətə keçməmiş, çağırılara cavab verməmişdi.
 
Saat 2.05-də gəminin burnu tamamilə sular içərisində idi. 2.17-də suların yüksəkliyi göyərtəyə qədər gəldi. Gəminin istehsalında istifadə edilən vəsaitin əsnəmə xüsusiyyəti olmaması, qorxunc sonu sürətləndirdi. Gövdə içəri dolan sulara dözə bilmədi və tam mənasıyla ikiyə ayrıldı. Əvvəl burun batdı. Bir neçə dəqiqə sonra da kıç qisimi saat 2.20-də sulara basdırıldı.
 
2.223 adamdan yalnız 706-ı xilas olmuş, 1.516 adam həyatını itirmişdi.
Просмотров: 1679 | Добавил: Niko | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Поиск

Календарь

«  Сентябрь 2009  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Время жизни сайта